Tramp Qəzza ilə bağlı HƏMAS hərəkatına nəyi VƏD VERİB? - DETALLAR


ABŞ Prezidenti Donald Tramp İsraillə 60 günlük danışıqlardan sonra Qəzza sektorunda hərbi əməliyyatların bərpa olunmayacağına dair HƏMAS hərəkatına vəd verib.

Turkustan.az xəbər verir ki, Sky News Arabia telekanalı bu barədə HƏMAS hərəkatının rəhbərliyi ilə Ağ ev arasında əsas vasitəçi olan fələstinəsilli amerikalı iş adamı Bişara Bahbaha istinadla məlumat yayıb.

Son məlumata görə, HƏMAS hərəkatı və İsrail Dohada keçirilən dolayı danışıqlar zamanı Qəzzada atəşkəs razılaşmasına yaxınlaşıblar və yeganə həll olunmamış problem ÇAXAL-ın sektordakı statusu və mövcudluğudur. Tərəflər bölgəyə humanitar yardımın çatdırılması və 60 günlük atəşkəsdən sonra İsrailin hərbi əməliyyatları bərpa etməyəcəyinə dair HƏMAS hərəkatının Vaşinqtondan zəmanət tələbi kimi digər məsələlər barədə fikir ayrılıqları da həll olunub.

İyulun 6-da HƏMAS və İsrail Dohada Misir, Qətər və ABŞ-ın vasitəçiliyi ilə atəşkəs və əsirlərin azad edilməsinə dair danışıqları bərpa edib. ABŞ liderinin xüsusi nümayəndəsi Stiven Uitkoff Vaşinqtonun həftə sonunadək Qəzzada atəşkəslə bağlı razılığın əldə olunacağına ümid etdiyini bildirib./Bizim.Media


MANŞET XƏBƏRLƏRİ