Demokratlardan Trampa məktub: Bu planından imtina et!


ABŞ-dakı Konqresin Demokrat üzvləri müdafiə naziri Pit Heqsetdən prezident Donald Tramp administrasiyasının “Qızıl Qübbə” müdafiə planından imtina etməsini tələb edib və bunun son dərəcə baha başa gəldiyini bildirib.

Turkustan.az xəbər verir ki, Demokrat senatorlar Ed Marki, Ceff Merkli, Elizabeth Warren, Chris Van Hollen, müstəqil senator Bernie Sanders və Nümayəndələr Palatasının bir neçə üzvü də daxil olmaqla, Konqresin on üç üzvü katib Heqsetə məktub göndərib.

Məktubda deyilir ki, Tramp administrasiyasının vətənin müdafiəsi üçün təqribən 175 milyard dollar dəyərində Qızıl Qübbə planı “qorxunc dərəcədə baha başa gəlir və əməliyyat baxımından uğursuzdur” və Rusiya və Çinlə “nüvə silahı yarışını alovlandıraraq ABŞ-ın və dünyanın təhlükəsizliyinə zərər verə bilər”.

Məktubda Qızıl Qübbənin raket hücumlarına müqavimət göstərməkdənsə, Amerika vergi dollarlarını “boş yerə xərcləyəcəyi” ilə bağlı narahatlıq ifadə edilərək, mümkün hücuma qarşı “daha ​​böyük, daha texnoloji cəhətdən inkişaf etmiş və bahalı sistemə ehtiyac duyulduğu” ifadə edildi.

Qızıl Qübbə planından imtina edilməsini tələb edən məktubda ABŞ hava hücumundan müdafiə sistemlərinin “Rusiya və Çin əvəzinə məhdud təhdidlərə qarşı durmağı hədəfləməsi” qeyd edilib.

Məktubda iyulun 21-dək nazirliyə ünvanlanan müxtəlif suallara, o cümlədən proqramın məqsədi və 175 milyard dollara çatacağı təxmin edilən xərc planı ilə bağlı ətraflı cavablar istənilib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ