İrəvanın Respublika meydanında Müdafiə Nazirliyinə məxsus bir neçə avtomobillə bağlı videogörüntülər və əsassız şərhlər yayılır.
Turkustan.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan sosial şəbəkədəki səhifəsində yazıb.
“Bununla bağlı nəzərinizə çatdırırıq ki, həmin avtomobillər silahlı qüvvələrin dəstələrini tədbirin keçirildiyi yerə daşıyıb. Sizi müxtəlif əsassız şərhlərdən çəkinməyə və dezinformasiya yaymamağa çağırırıq.
Eyni zamanda, media tərəfdaşlarımıza (xüsusən də Müdafiə Nazirliyində akkreditə olunmuş media nümayəndələrinə) bir daha xatırlatmağı zəruri hesab edirik ki, təhlükəsizlik qaydalarına ciddi əməl edilməli və heç bir halda müvafiq icazə olmadan silahlı qüvvələrin texnika və maşınlarını lentə almamalıdırlar”, - deyə o bildirib. /axar.az/