Xəbər verdiyimiz kimi, İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei 12 günlük müharibədə Tehranın İsraillə qalib gəldiyini elan edib.
Turkustan.az xəbər verir ki, İsrailin hərbi kabinetinin keçmiş üzvü Benni Qantz “X” hesabında Xameneiə farsca cavab verib.
Xamenei “X” yazıb: “İslam Respublikası ABŞ-ın üzünə sərt sillə vurdu. ABŞ-ın bölgədəki əsas bazalarından biri olan Əl-Udeyd Hərbi Hava Bazasına hücum edib və ona ziyan vurub”.
Qantz ona cavab verib: “Cənab Xamenei, sizə məsləhət görürəm ki, yeraltı sığınacaqdan çıxın və görün xalqınıza hansı məğlubiyyət və ziyan vurmusunuz. Yalançı Allahın düşmənidir”.
/publika.az