ABŞ prezidenti Donald Tramp İranın nüvə obyektlərinə edilən hücumun müvəffəqiyyətinin müzakirə olunduğu xəbərindən kədərləndiyini bildirib və pilotların şərəfinə sabah Pentaqonda mətbuat konfransı təşkil ediləcəyini açıqlayıb.
Turkustan.az xəbər verir ki, Tramp Truth Social hesabında etdiyi paylaşımda, səhər saat 08:00-da Penatqonda keçiriləcək mətbuat konfransına ABŞ Müdafiə naziri Pete Hegseth və hərbi nümayəndələrin qatılacağını bildirib.
“Bu görüş bizim amerikalı pilotlarımızın şərəfi uğrunda döyüşməkdən ibarətdir”-deyə, prezident Tramp deyib.
Pilotların 36 saat ərzində “düşmən” ərazisində təhlükəli uçuşlar həyata keçirdiklərini qeyd edən Tramp “əfsanəvi” işlərə imza atdıqlarını, lakin CNN və New York Times-ın hazırladığı saxta xəbərləri görəndə çox üzüldüklərini bildirib.
Xəbərin onu aşağılamaq məqsədi daşıdığını iddia edən Tramp: "Sabahkı mətbuat konfransı həm maraqlı, həm də mübahisəli olacaq. Zövq alın!"
Aytən Yaşar/ Turkustan.az