Trampla S-400-ü yox, F-35-i müzakirə etdik - Ərdoğan


Prezident Donald Trampla S-400 hava hücumundan müdafiə sistemlərini müzakirə etmədik. Bu məsələ gündəmimizdə yox idi.

Turkustan.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Ərdoğan Trampla F-35 təyyarələri ilə bağlı müzakirələr apardığını qeyd edib:

"Bu təyyarələri almağımıza gəlincə, Trampın bununla bağlı xoş niyyətli olduğunu gördük. Rəsmilərimiz F-35-lərin alınması, eləcə də F-16-larımızın texniki xidməti və təmiri ilə bağlı işləri davam etdirir". /axar.az/


MANŞET XƏBƏRLƏRİ