Tramp İrana təkrar zərbə üçün şərtini açıqladı


"ABŞ İranın nüvə obyektlərinə zərbələri təkrarlaya bilər"

Turkustan.az TASS-a istinadla xəbər verir ki, bunu Ağ Ev rəhbəri Donald Tramp NATO sammitindən sonra Haaqada keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, rəsmi Tehran özünün zənginləşdirilmiş materiallarına giriş imkanı verməsə, zərbələr təkrarlanacaq:

"Əgər İran nüvə materiallarına giriş təqdim etməsə, necə ki, etmir, bu uğur (ABŞ-nin İrana zərbələri - red.) sonsuzadək baş verə bilər".

Xatırladaq ki, iyunun 22-nə keçən gecə Tramp bəyan edib ki, ABŞ silahlı qüvvələri İranda üç nüvə obyektinə - Fordo, Natanz və İsfahana uğurla hücum həyata keçirib. /Oxu.Az/


MANŞET XƏBƏRLƏRİ