Netanyahu: ABŞ uranı zənginləşdirən Fordo zavodunu vurdu


İsrailin baş naziri Binyamin Netanyahunun ofisinin İsrail Atom Enerjisi İdarəsi adından yaydığı bəyanata görə, ABŞ-ın Fordoya endirdiyi zərbə kritik infrastrukturu məhv edib.

Turkustan.az xəbər verir ki, o qeyd edir ki, bu “strateji nəticə” “İran nüvə materiallarına çıxış əldə etməsə” qorunacaq.

"ABŞ-ın Fordoya dağıdıcı zərbəsi ərazidəki kritik infrastrukturu məhv etdi və onun zənginləşdirmə obyektini sıradan çıxardı. Biz inanırıq ki, ABŞ-ın İranın nüvə obyektlərinə endirdiyi zərbələr, İsrailin İranın hərbi nüvə proqramının digər elementlərinə zərbələri ilə birlikdə onun nüvə silahı yaratmaq qabiliyyətini uzun illər geridə qoyub".

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ