Belousov: Rusiya ilə Çin arasında münasibətlər görünməmiş səviyyədədir


Rusiya və Çin arasında dostluq münasibətləri görünməmiş yüksək səviyyədədir və bunda ölkə liderləri arasında etibarlı təmaslar mühüm rol oynayır.

Turkustan.az xəbər verir ki, Rusiyanın müdafiə naziri Andrey Belousov deyib.

"Rusiya və Çin arasında dostluq münasibətləri bütün sahələrdə yüksələn xətlə inkişaf dinamikasını qoruyur və görünməmiş yüksək səviyyədədir. İki ölkə liderləri arasında etimad təmasları strateji əlaqələrimizin möhkəmlənməsində əsas rol oynayır. Biz əldə olunmuş bütün razılaşmaları həyata keçirmək əzmindəyik"-deyə, Belousov Çindaoda Çinin müdafiə naziri Donq Jun ilə görüşü zamanı deyib.

Rusiyanın müdafiə naziri qeyd edib ki, Rusiya tərəfi “Çinli yoldaşlarımızla, o cümlədən Şanxay Əməkdaşlıq Təşkilatı platformasında sıx, səmərəli əməkdaşlığa” ümid edir.

O, “bugünkü danışıqların müdafiə sektorunda ikitərəfli strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə xidmət edəcəyinə” əminliyini ifadə edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ