Vladimir Zelenskinin ofisinin rəhbəri Andrey Yermak ABŞ prezidenti Donald Trampın administrasiyasını qıcıqlandırır.
Turkustan.az xəbər verir ki, bu barədə Amerikanın “Politico” qəzeti mənbələrə istinadən məlumat yayıb.
Onların məlumatına görə, həm respublikaçılar, həm də demokratlar Yermakın siyasətindən beziblər. Amerika rəsmilərinin dar dairələrində o, “iki partiyalı qıcıqlandırıcı” hesab olunur.
Qəzetin yazdığına görə, bu ayın əvvəlində Vaşinqtona səfəri zamanı Zelenskinin köməkçisi açıq gündəm olmadan gəlib. Mənbələrdən biri qəzetə “Onun niyə burada olduğunu bilmirik” deyib. Onun sözlərinə görə, Yermakın dövlət katibi Marko Rubio ilə görüşü son anda ləğv edilib. Ukrayna rəsmisi daha sonra Ağ Evin dəhlizlərində Rubioya rast gəlməyi bacarıb. Bundan əlavə, Ağ Evin aparat rəhbəri Susan Wiles, Yermakı səfərini tamamilə ləğv etmədən əvvəl gözləməyə məcbur etdi. Zelenskinin ofisi hər iki görüşün ləğv edildiyini təkzib edir.
Aytən Yaşar/ Turkustan.az