İsraili təşvişə salan görüntü! Türkiyə İran sərhədində - FOTO


Türkiyənin Milli Müdafiə naziri Yaşar Gülər ​​və Türkiyə Silahlı Qüvvələri Komandanlığı İran sərhədindəki hərbi hissələrdə yoxlamalar aparıb.

Turkustan.az xəbər verir ki, Nazir Gülər ​​Baş Qərargah rəisi ordu generalı Metin Gürak, Quru Qoşunları Komandanı General Səlcuq Bayraktaroğlu və Hərbi Hava Qüvvələri komandanı general Ziya Camal Kadıoğlu ilə birlikdə Vana gedib . Van valisi Ozan Balcı tərəfindən qarşılanan nazir Yaşar Gülər ​​İran sərhədində yoxlamalar aparıb. Gülər ​​6-cı Sərhəd Briqadası Komandanlığına bağlı Başkaledəki 4-cü Sərhəd Taburu Komandanlığında da görüş keçirib.

Digər tərəfdən; İranla 295 kilometr sərhədi olan Vandakı sərhəd xətti də termal kameralarla gecə-gündüz izlənilir. Kilometrlər uzunluğunda təhlükəsizlik divarları mümkün qeyri-qanuni keçidlərin qarşısını alır. Sərhəddə hərəkət 24/7 nəzarət altındadır.

Milli Müdafiə naziri Yaşar Gülər ​​İran sərhədinə eniş edib

Milli Müdafiə naziri Yaşar Gülər ​​İran sərhədinə eniş edib

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ