Rusiya ordusunun Ukraynanın Sumı şəhərinə reaktiv yaylım atəşi sistemi ilə hücumu nəticəsində ölən və yaralananlar var.
Turkustan.az xəbər verir ki, Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Departamentinin (DSNS) Telegram hesabından edilən yazılı açıqlamada, Ukraynanın Sumı şəhərinə rusların hücum təşkil etdiyi bildirilib.
Hücum zamanı hazırkı məlumata görə 3 nəfərin öldüyü, 16 nəfərin yaralandığı bildirilən açıqlamada hadisə yerində axtarış-xilasetmə qrupları, səhiyyə işçiləri və polis qrupları işləyir.
Digər tərəfdən, Telegram hesabından açıqlama verən Ukrayna prezidenti Vladimir Zelenski hücuma reaksiya verərək, "Ruslar Sumiyə vəhşicəsinə hücum etdi" deyib.
Aytən Yaşar/ Turkustan.az