Yedioth Ahronoth xəbər verir ki, ABŞ dövlət katibi Marko Rubio Vaşinqton administrasiyasında “İsrailin güclü tərəfdarı olan” üç yüksək səviyyəli məmuru, o cümlədən İranla danışıqlarda iştirak edən ABŞ-İsrail ikili vətəndaşını vəzifəsindən azad edib.
Turkustan.az xəbər verir ki, açıqlamada, Tel-Əviv rəhbərliyinin İsrail tərəfdarlarının Trampın xarici siyasəti öz əlinə almaq istəyi səbəbindən işdən çıxarıldığını qiymətləndirdiyi, fonda isə Tramp və Netanyahu arasında “İrana mümkün hücum və Qəzzada müharibə ilə bağlı” fikir ayrılıqlarının olduğu qeyd edilib.
Xəbərdə ABŞ administrasiyasındakı dəyişikliklərlə bağlı İsraildə narahatlığın olduğu da vurğulanıb.
İşdən çıxarılanlardan ikisinin ABŞ-İsrail ikili vətəndaşı olan, bir müddət əvvəl ABŞ Milli Təhlükəsizlik Şurasında İran və İsrail bölməsinin koordinatoru vəzifəsinə təyin edilmiş Merav Ceren və Afrika bölməsinin koordinatoru Erik Trager olduğu iddia edilib.
Xatırladaq ki, Ceren və Traeger bu vəzifəyə “böyük İsrail tərəfdarı” kimi tanınan və Tramp tərəfindən vəzifədən uzaqlaşdırılan keçmiş Milli Təhlükəsizlik müşaviri Maykl Valts tərəfindən təyin edilib.
İşdən çıxarılan digər bir məmurun isə ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsinin müavini, “İsrailin ən böyük dəstəkçilərindən biri” hesab edilən Morqan Ortaqus olduğu iddia edilirdi.
Tezliklə vəzifəsindən ayrılacağı gözlənilən Ortaqus Beyruta etdiyi səfərlərlə Livanda İsraillə atəşkəs və bölgədəki prosesləri yaxından izləyib və Livandakı rəsmilərlə görüşlərində "David Ulduzu" simvolu olan zinət əşyalarından istifadə etməsi ilə diqqət çəkib.
Aytən Yaşar/ Turkustan.az