Məşhur sənətçinin Ərdoğanın əlini öpdüyü anlar sensasiyaya çevrilib - FOTO


Türkiyə prezidenti Ərdoğan Arnavutköy, Beykoz, Kağıthane və Sultanqazi rayonlarında tikintisi başa çatan milli bağların açılış mərasimində iştirak edib.

Turkustan.az xəbər verir ki, mərasimə qatılan sənətçi Yavuz Bingöl səhnədə prezident Ərdoğanın əlini öpərək diqqət çəkib.

Həmin anların görüntüləri sosial şəbəkələrdə sürətlə yayılaraq istifadəçilər arasında müzakirələrə səbəb olub. Bəzi şərhçilər “Türk mədəniyyətində yaşlıların əli öpülür, bunda qəribə heç nə yoxdur” desələr də, bəziləri Yavuz Bingölə “Bir sənətçiyə əl öpmək yaraşmaz” kimi reaksiyalar veriblər.

Yavuz Bingöl'ün Cumhurbaşkanı Erdoğan'ın elini öptüğü anlar olay oldu

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ