Suriyanın enerji sektoruna 7 milyard dollarlıq investisiya üçün imzalar atıldı


Başda enerji olmaqla infrastruktur və nəqliyyata qlobal sərmayələr edən Kalyon Holding, Cengiz Holdinq, Qətərdə yerləşən UCC və ABŞ-da yerləşən Power International şirkətləri Suriyada 7 milyard dollarlıq enerji sərmayəsinə imza atıb.

Turkustan.az xəbər verir ki, Suriya prezidenti Əhməd Şəranın iştirakı ilə Suriyanın Energetika Nazirliyi ilə Türkiyənin Kalyon Holdinq ilə Cengiz Holdinq, Qətərin UCC və ABŞ-dan Power International şirkətləri arasında 7 milyard dollar dəyərində strateji əməkdaşlıq müqaviləsi imzalanıb.

Müqavilə çərçivəsində Kalyon Holdinqin də daxil olduğu konsorsium Suriyanın Treif, Zeyzun, Deyr-əz-Zor və Mıharde bölgələrində ümumi quraşdırılmış gücü 4000 meqavat olan təbii qaz kombinə edilmiş elektrik stansiyaları, həmçinin Vigaw-al-Rabid bölgəsində quraşdırılmış gücü 1000 meqavat olan günəş elektrik stansiyası tikəcək.

Layihəyə tabe olan elektrik stansiyalarının mərhələli şəkildə istifadəyə verilməsi nəzərdə tutulur. Təbii qaz elektrik stansiyalarının 3 il ərzində, günəş elektrik stansiyasının isə təxminən 2 ilə istifadəyə verilməsi nəzərdə tutulur.

Bu irimiqyaslı investisiya təkcə Suriyanın enerji təchizatı təhlükəsizliyini artırmayacaq, həm də ekoloji davamlılıq məqsədlərinə və regional inkişaf vizyonuna güclü töhfə verəcək.

Ümumi quraşdırılmış gücü 5000 meqavat olan elektrik stansiyalarının başa çatdırılması ilə ildə təxminən 35 milyard kilovatsaat elektrik enerjisi istehsalı gözlənilir. Bu yolla Suriyanın elektrik ehtiyacının əhəmiyyətli hissəsinin qarşılanması planlaşdırılır.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ