Almaniya hökuməti Ukraynaya özünün uzaqmənzilli silahlarının hazırlanmasında və istehsalında dəstək verəcək.
Turkustan.az xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Merz Berlində Vladimir Zelenski ilə danışıqlardan sonra keçirilən mətbuat konfransında deyib.
"Biz hərbi dəstəyimizi davam etdirəcəyik və genişləndirəcəyik" deyən Merz Almaniyanın "lazım olduğu müddətcə" bunu edəcəyini söylədi. “Müdafiə nazirlərimiz bu gün Ukrayna istehsalı olan uzaqmənzilli döyüş sistemlərinin tədarükü ilə bağlı niyyət memorandumu imzalayacaqlar. “Biz həmçinin uzun mənzilli silahların birgə istehsalını mümkün etmək istəyirik. Bu, həm Ukraynada, həm də Almaniyada baş verə biləcək sənaye səviyyəsində əməkdaşlıq olacaq"-deyə, Merz əlavə edib.
"Bu, ölkələrimiz arasında böyük potensiala malik hərbi-sənaye əməkdaşlığının yeni formasının başlanğıcıdır"-deyən, Merz təfərrüatları açıqlamayıb.
“Bild” qəzetinin yazdığına görə, Almaniya hökuməti Ukraynanın müdafiə sənayesinə, daha doğrusu 2,5 min km-ə qədər uçuş məsafəsinə malik qanadlı raketlərin hazırlanmasına dəstək üçün bir neçə milyon avro ayırmağı planlaşdırır.
Aytən Yaşar/ Turkustan.az