Putin: "Microsoft" və "Zoom" kimi xidmətlər ləğv edilməlidir


Rusiya prezidenti Vladimir Putin deyib ki, Microsoft və Zoom kimi xidmətləri havasız buraxmaq lazımdır.

Turkustan.az xəbər verir ki, Putin paytaxt Moskvada müxtəlif sektorlardan şirkətlərin nümayəndələri ilə görüşərək iqtisadiyyatla bağlı açıqlamalar verib.

Rusiya iqtisadiyyatının alıcılıq pariteti baxımından dünyada dördüncü sıraya yüksəldiyinə diqqət çəkən Putin: "Rusiya iqtisadiyyatı çətin şərtlərdə 2023-cü ildə yüzdə 4,1, keçən il isə yüzdə 4,3 olmaqla üstün bir sürətlə böyüyür. Bu yaxşı göstəricidir" deyib.

Putin həmçinin qeyd edib ki, sözügedən artım məhdud sektorlara deyil, sənaye, kənd təsərrüfatı, rəqəmsal texnologiyalar, xidmətlər və maliyyə kimi müxtəlif sahələrə yayılıb.

Rusiya iş dünyasının son illərdə beynəlxalq ödənişlər, logistika və tədarük zənciri sahələrində çətinliklərlə üzləşdiyini izah edən Putin: “Bir çox Qərb şirkəti siyasi təzyiqlər səbəbilə Rusiya bazarından çəkilsə də, bəzi şirkətlər də rus tərəfdaşlarını çətin vəziyyətdə qoyub”-deyə, əlavə edib.

Putin çıxışında ABŞ şirkətlərinin Rusiyaya tibbi avadanlıq tədarükünü və xidmətlərini davam etdirdiyinə, Avropa şirkətlərinin isə bunu etmədiyinə də diqqət çəkib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ