ABŞ prezidenti Donald Tramp Qətərin hədiyyə etdiyi Boeing 747 model təyyarəsinin ona deyil, ABŞ Müdafiə Nazirliyinə (Pentaqon) veriləcəyini açıqlayıb.
Turkustan.az xəbər verir ki, Tramp Qətərin hədiyyə etdiyi Boeing 747 təyyarəsi ilə bağlı Truth Social-a açıqlama verib.
Təyyarənin ona deyil, ABŞ Hərbi Hava Qüvvələrinə, yəni Pentaqona hədiyyə olduğunu vurğulayan Tramp: "Bu, uzun illərdir uğurla müdafiə etdiyimiz Qətərin bir hədiyyəsidir" deyib.
Tramp qeyd edib ki, hədiyyə edilən təyyarə “gecikmiş Boeing təyyarələri gələnə qədər” prezident təyyarəsi olan Air Force One kimi istifadə olunacaq.
"Nə üçün bizim ordumuz və buna görə də vergi ödəyicilərimiz yüz milyonlarla dollar ödəməlidir ki, biz bunu yaxşı görülən işə görə bizi mükafatlandıran ölkədən pulsuz ala bilirik? Əvəzində bu qənaət Amerikanı yenidən möhtəşəm etmək üçün istifadə olunacaq. Ölkəmizin bu hədiyyəsini ancaq axmaq qəbul etməz"-deyə, prezident Tramp əlavə edib.
Aytən Yaşar/ Turkustan.az