Şahzadə Salman: ABŞ ilə 300 milyard dollarlıq müqavilə imzalamışıq


Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman ABŞ ilə 300 milyard dollardan çox məbləğdə müqavilə imzaladıqlarını bildirib.

Turkustan.az xəbər verir ki, ölkəsinin iqtisadiyyatının hazırda regionun “ən böyük iqtisadiyyatı” olduğunu bildirən Bin Salman: “ABŞ ilə 300 milyard dollardan çox dəyərində müqavilələr imzaladıq” deyib.

Bin Salman ABŞ və Səudiyyə Ərəbistanı arasında ticarət həcminin 2013-2024-cü illər arasında 500 milyard dollara çatdığını bildirib.

Bildirək ki, Yaxın Şərq turu çərçivəsində Səudiyyə Ərəbistanına səfər edən Tramp paytaxt Ər-Riyaddakı Yamama sarayında bin Salmanla görüşüb.

O, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman ilə Strateji İqtisadi Tərəfdaşlıq Sənədini imzalayıb.

Tramp və Bin Salmanın imzaladığı sazişlər və anlaşma memorandumları ədliyyə, səhiyyə, kosmos, gömrük və hava nəqliyyatı kimi sahələri əhatə edir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ