Kreml: Putin nə vaxt məsləhət bilsə, nümayəndələrin adı onda açıqlanacaq


Kremlin sözçüsü Dmitri Peskov Rusiya-Ukrayna müharibəsi ilə bağlı mayın 15-də İstanbulda keçiriləcək danışıqlara qatılacaq nümayəndə heyətinin adlarının lazım gəldikdə Rusiya prezidenti Vladimir Putin tərəfindən açıqlanacağını açıqlayıb.

Turkustan.az xəbər verir ki, Peskov Rusiya ilə Ukrayna arasında İstanbulda keçirilməsi gözlənilən danışıqlarla bağlı paytaxt Moskvada jurnalistlərə açıqlamalar verib.

Rusiyanı İstanbulda təmsil edəcək heyətdə kimin olacağı ilə bağlı sualı cavablandıran Peskov: “Rusiya prezidenti Vladimir Putin lazım bildiyi zaman açıqlayacağıq” deyib.

Dmitri Peskov Ukrayna prezidenti Vladimir Zelenskinin İstanbulda Putinlə üz-üzə görüş təklifinə necə reaksiya verdiklərini soruşduqda: "Bu nöqtədə Putinin mayın 9-dan sonra verdiyi açıqlamalardan başlamaq lazımdır. Rusiya tərəfi cümə axşamı baş tutması nəzərdə tutulan danışıqlara hazırlaşmağa davam edir. İndi başqa şərh verməyi planlaşdırmırıq" deyə, bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ