Netanyahu: Yəmənə hücumlar İrana bir mesajdır


İsrailin baş naziri Benyamin Netanyahu ölkəsinin dünən və bu gün Yəmənə qarşı hücumlarının Husilərlə yanaşı, “İrana bir mesaj” olduğunu deyib.

Turkustan.az xəbər verir ki, Netanyahu İsrail ordusunun Yəməndə, xüsusilə də paytaxt Səna hava limanına təşkil etdiyi hücumlarla bağlı açıqlama verib.

İsrailin dünən və bu gün Yəmənə hava hücumları təşkil etdiyini qeyd edən Netanyahu, bu hücumların zamanının və seçilən hədəflərin “Husiləri cəzalandırmaq” olduğunu şərh edib.

“Husilərin İranın dəstəyi və razılığı olmadan ölkəsini hədəfə ala bilməyəcəyini” iddia edən Netanyahu, İsrailin Yəmənə hücumlarının “həm də Tehrana bir mesaj olduğunu” deyib.

Bildirək ki, İsrail ordusu başda Səna hava limanı olmaqla Yəmənin bir çox nöqtəsinə hava zərbələri endirib.

Təl-Əviv rəhbərliyi bu hücumların Yəməndəki husilərin mayın 4-də Tel-Əvivdəki Ben Qurion hava limanını ballistik raketlə hədəf almasına cavab olaraq həyata keçirildiyini bildirir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ