Kreml elan etdi: Putin Trampın nümayəndələri ilə görüşəcək


Kremlin xarici siyasət üzrə müşaviri Yuri Uşakov Rusiya prezidenti Vladimir Putinin sabah ABŞ prezidenti Donald Trampın nümayəndələri Stiv Vitkov və Cared Kuşnerlə görüşəcəyini açıqlayıb.

Turkustan.az xəbər verir ki, Moskvada jurnalistlərə Ukrayna böhranının həlli prosesi ilə bağlı məlumat verən Y. Uşakov Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidə keçirilən üçtərəfli danışıqlara toxunub. O bildirib ki, Rusiya nümayəndə heyəti hələlik Kremlə rəsmi hesabat təqdim etməsə də, görüşlər hərtərəfli və səmərəli keçir.

Uşakovun sözlərinə görə, Əbu-Dabidə olan Avropa nümayəndələri Ukrayna və ABŞ tərəfləri ilə pərdəarxası məsləhətləşmələr aparırlar. Avropanın danışıqlar prosesinə rəsmi qoşulma ehtimalını qiymətləndirən müşavir bu məsələnin görüşlərin yekun nəticələrinə əsasən müzakirə olunacağını vurğulayıb.

Müşavir V. Putinin amerikalı nümayəndələr S. Vitkov və C. Kuşnerlə görüşünün sabah günün birinci yarısında baş tutacağını diqqətə çatdırıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ