Colani: Bütün müxalif qruplar özlərini ləğv edəcəklər


Suriyada yeni qurulan hökumətlə bağlı Əhməd əl-Şara növbəti açıqlamasını verib.

Turkustan.az xəbər verir ki, Suriyada yeni administrasiyanın lideri Əhməd əl-Şara, "Bütün müxalifət qrupları özlərini ləğv edəcəklər, biz Müdafiə Nazirliyinin tabeliyində birləşməyə razılaşdıq"-deyə, bildirib.

Mətbuat konfransında, "Bəzi silahlı qruplarla görüşmüsünüz, silahları yerə qoymaqla bağlı razılığa gəldinizmi?" sualını cavablandıran Şəra, "Biz bu qruplarla koordinasiyada idik. Suriya ordusunun formalaşması təmin olunacaq. Silahlı qruplar yavaş-yavaş özlərini parçalayacaqlar. Ölkədəki bütün silah qruplarını öz nəzarətimizə almaq istəyirik və qrupların əksəriyyəti bu məsələdə bizimlə həmfikirdir”-deyə, bildirib.

Bildirək ki, dekabrın 8-də müxalifətin 12 günlük irəliləmə nəticəsində paytaxt Dəməşqə nəzarəti ələ keçirməsi ilə Suriyada 61 illik Baas və 53 illik Əsəd rejimi sona çatdı.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ