"Bayer" məğlub oldu, "Atalanta" çempion oldu


UEFA Avropa Liqasında 2023/2024 mövsümünün qalibi bu gün müəyyənləşir.

Turkustan.az xəbər verir ki, turnirin final matçında Almaniyanın "Bayer 04" və İtaliyanın "Atalanta" klubları üz-üzə gəlir.

Qeyd edək ki, UEFA Avropa Liqasının son qalibi İspaniyanın "Sevilya" klubu olub.

***

Matçın 13-cü dəqiqəsində Lukman "Atalanta"nı hesabda önə keçirdi: 1-0.

***

Lukman 26-cı dəqiqədə komandasının və özünün ikinci qoluna imza atdı: 2-0.

***

Lukman 75-ci dəqiqədə fərqi üçə çatdırdı: 3-0.

***

"Atalanta" "Bayer 04"ə 3-0 qalib gələrək UEFA Avropa Liqasının qalibi oldu. /axar.az/


MANŞET XƏBƏRLƏRİ