Türkiyə Qazaxıstana başsağlığı verdi


Türkiyə Xarici İşlər Nazirliyi Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin Aktau sahillərində keçirdiyi hərbi təlim zamanı baş verən faciəvi hadisə ilə bağlı başsağlığı verib.

Turkustan.az xəbər verir ki, nazirlik Qazaxıstanın Xəzər dənizi sahilində keçirilən hərbi təlim zamanı baş verən insan itkisi ilə bağlı yazılı açıqlama yayıb.

Bəyanatda deyilir: “Bu gün Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin Aktau sahillərində keçirdiyi hərbi təlim zamanı baş verən insan itkisinə görə dərin kədər hissi keçiririk. Bu faciəli hadisədə həyatını itirənlərin ailələrinə və Qazaxıstan xalqına başsağlığı veririk”.

Qazaxıstan Müdafiə Nazirliyinin məlumatına görə, təlim və döyüş hazırlığı zamanı hava şəraitinin qəfil pisləşməsi və küləyin güclənməsi nəticəsində 19 hərbçi dənizə düşüb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ