Süni intellekt (Sİ) texnologiyasının yaratdığı risklərlə bağlı xəbərdarlıqlar texnologiya şirkətlərinin gündəmindən çıxaraq Birləşmiş Millətlər Təşkilatının (BMT) əsas müzakirə mövzularından birinə çevrilib.
Turkustan.az xəbər verir ki, 23 sentyabr tarixində BMT Təhlükəsizlik Şurasının süni intellektə həsr olunmuş iclasında texnologiya şirkətlərinin rəhbərləri və ABŞ, Böyük Britaniya, Fransa və Çindən yüksək vəzifəli rəsmilər Sİ-nin yaratdığı potensial təhdidləri və onların qarşısının alınması yollarını müzakirə ediblər.
İclasda OpenAI-nin baş direktoru Sem Altman, Anthropic-in baş direktoru Dario Amodei, Hugging Face-in baş direktoru Klement Delangue və süni intellekt üzrə mütəxəssis Yoşua Benqio iştirak ediblər.
Müzakirələrdə süni intellekt sistemlərinin sürətlə inkişaf edərək nəzarətdən çıxması, texnologiyadan sui-istifadə və gücün bir neçə şirkət və şəxsin əlində cəmləşməsi ilə bağlı risklər ön plana çıxıb.
İştirakçılar mümkün təhlükələrin qarşısının alınması və süni intellektin təhlükəsiz inkişafının təmin edilməsi üçün beynəlxalq səviyyədə ortaq qaydaların hazırlanmasına çağırıblar.
Aytən Yaşar/ Turkustan.az