Qərb paytaxtları həyəcan təbili çalır... Minlərlə əsgər niyə geri çəkilir?


ABŞ-ın Avropadakı hərbi mövcudluğunu azaltmaq üçün hazırlıqları və Vaşinqtonla Moskva arasında intensivləşən diplomatik təmaslar Qərb paytaxtlarında təhlükəsizliklə bağlı narahatlıqları artırıb.

Turkustan.az xəbər verir ki, mətbuatda yayılan məlumatlara görə, Vaşinqton daha əvvəl açıqlanan 5 min hərbçinin çıxarılmasına əlavə olaraq Avropadan 25-40 minə qədər ABŞ əsgərinin çıxarılmasını planlaşdırır.

Bu qərarın Ukraynada müharibənin beşinci ilinə yaxınlaşdığı, Kiyevin Liman istiqamətində tank bölmələri ilə irəlilədiyi, Moskvaya dron hücumlarının artdığı və Rusiya prezidenti Vladimir Putinin yüz minlərlə yeni hərbçini səfərbər etməyə hazırlaşdığı bir vaxtda gündəmə gəlməsi strateji qeyri-müəyyənliyi artırıb.

Tramp administrasiyasının bu addımla Moskvanı danışıqlar masasına gətirməyə çalışdığı bildirilir. Bununla belə, ABŞ-ın xüsusi nümayəndəsi Stiv Vitkoff və Trampın baş müşaviri Cared Kuşnerin Moskva ilə apardığı təmasların Kremldə “zaman Rusiyanın xeyrinə işləyir” düşüncəsini gücləndirə biləcəyi ilə bağlı narahatlıqlar da səslənir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ