Pakistanda sərnişin avtobusunun dərəyə düşməsi nəticəsində 40 nəfər ölüb, 8 nəfər yaralanıb.
Turkustan.az xəbər verir ki, Pakistanın Bəlucistan əyalətində sərnişin avtobusu dərəyə düşüb, ilkin məlumatlara görə, ən azı 40 nəfər ölüb, səkkiz nəfər yaralanıb.
“Dawn” qəzetinin məlumatına görə, avtobus Bəlucistanın Şerani bölgəsindən çıxdıqdan sonra Xayber Paxtunxva əyalətinin Dara İsmayıl Xan ərazisində yoldan çıxaraq dərəyə düşüb.
Regional hakimiyyət orqanları bildirib ki, ilkin qiymətləndirmələrə görə, qəzada 40 nəfər ölüb, 8 nəfər yaralanıb.
Səlahiyyətlilər hadisə yerinə axtarış-xilasetmə və tibbi qrupların göndərildiyini və qəzanın səbəbini müəyyən etmək üçün araşdırma aparılacağını bildiriblər.
Aytən Yaşar/ Turkustan.az