Zelenski: Uzun müddətdən sonra ABŞ-dan müsbət siqnal aldıq


Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, G7 sammiti çərçivəsində ABŞ Prezidenti Donald Trampla keçirilən görüşün əsas nəticəsi ölkəsinin hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsi olacaq.

Turkustan.az xəbər verir ki, Zelenski bu barədə Kiyevdə Honduras Prezidenti Nəsri Asfura ilə birgə mətbuat açıqlamasında jurnalistlərin suallarını cavablandırarkən deyib.

Onun sözlərinə görə, Ukrayna həm ABŞ-dan, həm də G7 ölkələrindən hava hücumundan müdafiənin gücləndirilməsi ilə bağlı müsbət siqnallar alıb. Prezident əlavə edib ki, raketlərin istehsalı üçün lisenziyaların verilməsi məsələsinə də ilk dəfə olaraq ABŞ tərəfi müsbət yanaşma sərgiləyib.

Zelenski qeyd edib ki, bu məsələni əvvəlki administrasiya dövründən etibarən, xüsusilə Co Baydenin prezidentliyi zamanı dəfələrlə gündəmə gətirib, lakin indiyədək konkret nəticə əldə olunmayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ