15 yaşdan aşağı uşaqlar sosial mediadan istifadə edə bilməyəcək


Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) 15 yaşdan kiçik uşaqların sosial media platformalarından istifadəsini qadağan edən yeni qaydalar qəbul edib.

Turkustan.az xəbər verir ki, qərara əsasən, 15 yaşdan aşağı şəxslər sosial media hesabı yarada və ya mövcud hesablardan istifadə edə bilməyəcəklər. Qadağa valideynlərin razılığı olduğu hallarda da qüvvədə qalacaq.

Yeni tələblər çərçivəsində TikTok, Instagram, Snapchat və digər sosial media platformaları daha sərt yaş yoxlama mexanizmləri tətbiq etməli olacaqlar. Şirkətlərə bu qaydaların icrası üçün 12 aylıq keçid müddəti verilib.

BƏƏ hökuməti bildirib ki, qərarın məqsədi uşaqları rəqəmsal asılılıqdan, zərərli məzmundan və onlayn təhlükələrdən qorumaqdır.

Qərarın təşəbbüskarı olan BƏƏ-nin Baş naziri və Dubay hökmdarı Məhəmməd bin Rəşid Əl-Məktum vurğulayıb ki, əsas məqsəd uşaqların təhlükəsiz, yaşlarına uyğun və balanslı rəqəmsal mühitdə böyüməsini təmin etməkdir. O, valideyn icazəsinin də bu qadağa üçün istisna təşkil etməyəcəyini qeyd edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ