İranın xarici işlər naziri Abbas Araqçi və Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar ABŞ ilə İran arasında əldə edilən razılaşma ilə bağlı fikir mübadiləsi aparıblar.
Turkustan.az xəbər verir ki, İran xarici işlər nazirinin rəsmi Telegram hesabına görə, Əraqçi ilə İshaq Dar arasında telefon danışığı olub.
Görüş zamanı Əraqçi Livan da daxil olmaqla, bütün cəbhələrdə müharibənin dayandırılmasında ABŞ-ın məsuliyyətinə toxunub və anlaşma memorandumunun şərtlərinin pozulmasının potensial nəticələri barədə xəbərdarlıq edib.
İshak Dar davam edən diplomatik prosesi alqışladıqlarını və yekun razılaşmaya ümid etdiklərini söylədi.
Tərəflər həmçinin ikitərəfli məsələlər ətrafında fikir mübadiləsi aparıb və məsləhətləşmələrin davam etdirilməsinin vacibliyini vurğulayıblar.
Aytən Yaşar/ Turkustan.az