İngiltərənin Bedford şəhəri yaxınlığında iki sərnişin qatarının toqquşması nəticəsində bir nəfər həlak olub, 89 nəfər yaralanıb.
Turkustan.az xəbər verir ki, yaralılardan 33-nün vəziyyətinin ağır olduğu bildirilir.
Şərqi İngiltərə Təcili Yardım Xidmətinin məlumatına görə, qəza Londonun şimalında, Bedforddan təxminən 4 kilometr cənubda baş verib. Yaralılardan 11-nin vəziyyəti çox ağır, 22-nin isə ağır qiymətləndirilir. Digər 56 nəfərə hadisə yerində tibbi yardım göstərilib, bir qismi xəstəxanaya çatdırılıb.
Britaniya Nəqliyyat Polisi (BTP) qəza nəticəsində bir nəfərin həyatını itirdiyini açıqlayıb. Məlumata görə, toqquşan hər iki qatar East Midlands Railway şirkətinə məxsus olub.
Bedford Yanğından Mühafizə Xidmətinin bildirdiyinə görə, yerli vaxtla saat 17:15 radələrində Korbidən Londona hərəkət edən qatar Bedford yaxınlığında Nottinqemdən Londona gedən qatarı arxadan vurub.
Hadisənin səbəblərinin müəyyənləşdirilməsi üçün araşdırma aparılır.
Aytən Yaşar/ Turkustan.az