Ben-Qvirdən qalmaqallı açıqlama: “Livan yanmalıdır”


İsrailin ifrat sağçı milli təhlükəsizlik naziri İtamar Ben-Qvir ABŞ-İran razılaşmasına baxmayaraq Livanla bağlı sərt və qalmaqallı açıqlamalar verib.

Turkustan.az xəbər verir ki, ABŞ-ın X sosial platformasında paylaşımında İsrail əsgərlərinə hücumlar nəticəsində baş verən itkilərdən sonra bölgədə daha sərt addımlar atılmalı olduğunu bildirib.

Ben-Qvir iddia edib ki, Yaxın Şərqdə “qalib gəlmək üçün sərt və radikal yanaşma” lazımdır və ölçülü cavabların effektiv olmadığını deyib.

Nazir həmçinin “Livan yanmalıdır” ifadəsini işlədərək, İsrail əsgərlərinin təhlükəsizliyinin təmin olunması üçün daha sərt hərbi addımların zəruri olduğunu vurğulayıb.

O, daha sonra “bir israilli ananın tökdüyü hər göz yaşı üçün min livanlı ana ağlamalıdır” kimi mübahisəli ifadə ilə çıxış edib.

Ben-Qvirin bu açıqlamaları beynəlxalq mediada və sosial şəbəkələrdə geniş reaksiyalara səbəb olub.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ