“Aşıq Şəmşir” Mədəniyyət Ocağı Ağdaban faciəsinin 32-ci ildönümü ilə əlaqədar faciə qurbanları yad etdi – FOTOLAR


“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin təşkilatçılığı ilə Aprelin 6-da Ağdaban faciəsinin 32-ci ildönümü ilə əlaqədar Kəlbəcər rayonunun Ağdaban kəndinə səfər təşkil olunub və faciə qurbanları yad edilib.

Əvvəlcə Ağdaban kəndində şəhid olanların valideyinləri, qohumları, yaxınları, müharibə iştirakçıları, kənd sakinləri və hadisənin canlı şahidlərinin iştirakı ilə görüş təşkil olunub.

Turkustan.az xəbər verir ki görüşdə çıxış edən Milli Məclisin deputatı Aqil Məmmədov bildirib ki, 1992-ci il aprelin 7-dən 8-nə keçən gecə Ermənistan silahlı birləşmələri Dağlıq Qarabağdakı separatçı erməni quldur dəstələrinin köməyilə Ağdaban kəndində dinc sakinlərə qarşı törətdikləri vəhşilikdən, faciədən söhbət açılıb. Bildirilib ki, Erməni daşnakları yaşlı, qoca, qadın, uşaq demədən dünyada görünməmiş ən qəddar üsullarla dinc əhalini qətlə yetirərək, soyqırımı aktı törədiblər.

Qeyd olunub ki, bu faciəyə ilk hüquqi-siyasi qiymət verən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev Ağdabanda baş verənləri bəşəriyyətə qarşı törədilən ən böyük cinayət adlandırıb. Bunu bütün insanlıq adına utanc kimi səciyyələndirib.

YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov qeyd edib ki, "2020-ci ilin Vətən müharibəsi və 19 Sentyabr 2023 başlanmış lokal xarakterli antiterror əməliyyatında Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun işğal altındakı torpaqlarımızı azad etməsi və ərazi bütövlüyümüzün tam bərpa edilməsi ilə ermənilərin xalqımıza qarşı törətdiyi bütün qətliamların qurbanları kimi, Ağdaban şəhidlərinin də qisası alınıb və bu gün onların ruhları şaddır".

Daha sonra görüşdə Ağdaban kəndinə ediləcək səfərə hazırlıqla bağlı söhbətlər aparılıb.

Şəhid ailələri, hadisə şahidləri və media nümayəndələrinin iştirakı ilə baş tutan səfərdə sakinlər Ağdaban kəndini, faciə zamanı həlak olmuş şəhidlərin, Azərbaycan Aşıq poeziyasının görkəmli nümayəndəsi, klassik aşıq şeirinin ustadlarından olan Aşıq Şəmşirin, eyni zamanda atası Ağdabanlı şair Qurbanın məzarını və doğulub boya-başa çatdığı evini ziyarət ediblər. Kənd sakinləri Ağdaban kəndində baş vermiş faciə ilə əlaqədar təəsuratlarını bölüşərək Beynəlxalq İctimatə üz tutaraq bu cür hadisələrin unudulmaması, hüquqi qiymətin verilməsi və tanıdılması ilə əlaqədar müraciət ediblər.

Səfər zamanı şəhid ailələri, kənd sakinləri bu şanlı, zəfər günlərini bizlərə yaşatdığı üçün Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarına öz minnətdarlıqlarını bildiriblər.

Açıklama yok.Açıklama yok.Açıklama yok.Açıklama yok.Açıklama yok.Açıklama yok.


MANŞET XƏBƏRLƏRİ