Meyxanaçı Rəşad Dağlının əfv məsələsi yenidən gündəmə gəlib.
Bəs görəsən, qanun buna icazə verirmi?
Bu barədə Gununsesi.info-ya hüquqşünas Şamil Paşayev danışıb.
O bildirib ki, əfvetmə haqqına Əsasnamənin 8.3-cü bəndində qeyd edilir ki, ağır və xüsusilə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş şəxs barədə – cəza müddətinin ən azı yarısını çəkdikdən sonra əfv üçün müraciət edilə bilər.
“Rəşad Dağlı Cinayət Məcəlləsinin 120.1 və qəsdən adamöldürmə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə təqsirli bilinərək 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Rəşad Dağılının törətdiyi cinayət ağır cinayətlər kateqoriyasına daxildir. Deməli, o, cəzasının ən azı yarısını çəkdikdən sonra əfv üçün müraciət edə bilər”,- deyə o qeyd edib.