Bu il ərzində dənizdə 23 nəfər, göllərdə 3, çaylarda 5, suvarma kanallarında 18, su anbarlarında isə 5 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Turkustan.az xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Akşin Əlili çimərlik mövsümünün başa çatması ilə bağlı keçirilən brifinqdə deyib.
O, Xəzər dənizi hövzəsində təhlükəli hesab edilən əraziləri də açıqlayıb.
“Bilgəh qəsəbəsində 12-ci dalan, Mərdəkan-Şüvəlan ərazisində Mil qaya, Novxanı qəsəbəsində Sarıqaya kifayət qədər təhlükəli ərazi kimi qiymətləndirilib. Burada sualtı axınlar normadan artıqdır, bəzi ərazilərdə qəfləti dərinliklər mövcuddur”, - FHN rəsmisi vurğulayıb.