Bazarlarda meyvələrin üzərinə milçək dərmanları səpilir? – AÇIQLAMA


Müxtəlif bazarlarda quru meyvə satılan dükanlarda meyvələrin üzərinə milçəklərə qarşı dərmanların (sprey) səpildiyinə dair iddialar yayılıb.

Bəs bu iddialar nə dərəcədə doğrudur?

Mövzu ilə bağlı Bakupost.az-a açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, bazarlar istehlakçı hüquqlarının ən çox pozulduğu məkanlardan biridir. Onun sözlərinə görə, Bakının məşhur “Yaşıl bazar”ında balıq satışı yeri istisna olmaqla digər yerlər istehlakçı hüquqlarının pozulmasına və vaxtı keçmiş malların satışına şərait yaradır:

Bakupost.az

“Lakin quru meyvələrə dərmanların səpilməsi məsələsi ilə bağlı bizə hər hansı məlumat daxil olmayıb. Lakin marketlərin daxilindəki çörəkbişirmə yerlərində milçəklərin və digər həşəratların olması yolverilməzdir. Marketlər sanki insanlara mal satmaqla yanaşı, həm də havayı “milçək yumurtaları” bonusu da verirlər. Əgər belə hallar varsa, müvafiq orqanları bu istiqamətdə ciddi iş aparmalıdırlar. Çünki milçək dərmanları toksik maddələrdir və insanlar üçün zərərli ola bilər”.


MANŞET XƏBƏRLƏRİ