Rüşvət verməyin cəzası nədir?
Cinayət Məcəlləsinin 312-ci maddəsinə əsasən, rüşvət verməyə görə 5000 manatdan 8000 manatadək cərimə, və ya 3 ildən 5 ilədək müddətə azadlığın məhdudlaşdırılması yaxud 2 ildən 5 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Əgər şəxs hədə-qorxu altında rüşvət veribsə, bu barədə könüllü məlumat verərsə, cinayət məsuliyyətindən azad edilir./lent.az