Azərbaycanda ümumi təhsil müəssisələrinin noyabrın 16-dan başlayan payız tətili sabah başa çatacaq.
Turkustan.az xəbər verir ki, bəzi xəbər saytları və sosial şəbəkələrdə yanlış olaraq noyabrın 21-nin də tətil günü olduğu qeyd edilib. Bu isə valideynlər arasında çaşqınlığa səbəb olub.
Nazirlər Kabinetinin “Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti”nin təsdiq edilməsi haqqında qərarına əsasən, ümumi təhsil müəssisələrində payız tətili noyabrın 16-20-si tarixlərini əhatə edir.
Payız tətilindən sonra ilk dərs günü noyabrın 21-də olacaq. /Modern.az/