Zelenski Trampın planını rədd etdi, görüş təxirə salındı


ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff noyabrın 19-da Ukrayna Prezidenti Vladimir Zelenski və Türkiyə xarici işlər naziri Hakan Fidan ilə üçtərəfli görüş üçün Ankaraya səfər etməyi planlaşdırırdı.

Turkustan.az xəbər verir ki, bu barədə adı açıqlanmayan ABŞ rəsmisi “Axios”a bildirib.

Onun sözlərinə görə, Zelenskinin Ukraynanın milli təhlükəsizlik müşaviri Rüstəm Umerovla əldə edilən razılaşmaları rədd etdiyi və Trampın planını müzakirə etməkdə maraqlı olmadığı məlum olduqdan sonra görüşün təxirə salındığı bildirilib.

Qeyd olunur ki, Zelenski Ankaraya avropalı tərəfdaşlarla birgə hazırlanmış və "Rusiyanın heç vaxt qəbul etməyəcəyi" fərqli bir planla gedib.

Xatırladaq ki, bundan öncə amerikalı diplomatın Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermakla görüşü ləğv etməsi barədə məlumat yayılmışdı. /axar.az/


MANŞET XƏBƏRLƏRİ