Tramp sabah Nyu-York meri Mamdani ilə görüşəcək


ABŞ prezidenti Donald Tramp Nyu-York meri seçkilərində qalib gələn Demokratlar Partiyasının namizədi Zöhran Məmdani ilə sabah görüşəcəyini açıqlayıb.

Turkustan.az xəbər verir ki, Tramp sosial mediada bunları paylaşıb: "Nyu-York şəhərinin meri, kommunist Zohran 'Kwame' Mamdani görüş istəyib. Biz bu görüşü 21 noyabr cümə günü Oval Ofisdə keçirməyə razılaşdıq. Təfərrüatlar tezliklə gələcək".

Daha əvvəl Tramp Fox News-a açıqlamasında Mamdaninin "Vaşinqtona hörmətli" olması lazım olduğunu deyərək, "Düşünürəm ki, o, mənə yaxşı davranmalıdır. Ona gələn bir çox şeyi təsdiq etməli olan mənəm" demişdi.

Bələdiyyə seçkilərinin proqnozlaşdırılan nəticələri açıqlandıqdan sonra Tramp seçkilərin “saxtakar edildiyini” iddia edərək, “Nyu Yorkda baş verənlərə baxın, dəhşətli şeylər görəcəksiniz” deyib. Tramp həmçinin iddia edib ki, demokratlar Nyu-Yorkda “kommunist” namizəd seçiblər.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ