Tramp Epştein fayllarının açıqlanmasını tələb edən qanun layihəsini imzaladı


ABŞ prezidenti Tramp yetkinlik yaşına çatmayan qızlar üçün fahişəlik şəbəkəsi işlətdiyi iddiası ilə mühakimə olunarkən həbsxanada ölü tapılan milyarder Jeffrey Epstein haqqında bütün faylların ictimaiyyətə açıqlanmasını tələb edən qanun layihəsini imzaladığını açıqlayıb.

Turkustan.az xəbər verir ki, Tramp Epstein məsələsində özünün deyil, bəzi tanınmış demokratların, xüsusən də ABŞ-ın keçmiş prezidenti Bill Klintonun əli olduğunu və bu faktların sənədlərin yayılması ilə tam üzə çıxacağını iddia edib.

Bill Klintonun Epstein-in təyyarəsində 26 dəfə səyahət etdiyini iddia edən ABŞ prezidenti, açıqlamasında "İndi demokratlar və onların Ceffri Epşteynlə əlaqələri ilə bağlı həqiqətlər, Epstein fayllarının açıqlanması üçün sözügedən qanun layihəsini imzaladığım üçün tezliklə ortaya çıxacaq" dedi.

Amerika ictimaiyyətinin uzun müddətdir nəticəsini səbirsizliklə gözlədiyi Epstein fayllarının açılması ilə bağlı qanun layihəsi respublikaçıların çoxluq təşkil etdiyi Konqresin hər iki palatası tərəfindən qəbul edilib.

Konqresin bu addımı ABŞ prezidenti Donald Trampın "faylları ictimaiyyətə açıqlamaq fikrindən daşınmasından" sonra atılıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ