Rayonlardakı təhlükəyə ilə bağlı əhaliyə müraciət: “Tap, öldür”


Zaqatala və Balakəndə rayonunda kənd təsərrüfatı üçün təhlükə yaradan qəhvəyi mərmər bağacığı sürətlə yayılmaqdadır.

Sakinlərin sözlərinə görə, bir sıra meyvə və fındıq ağacları bu zərərvericilərlə doludur. Ağacların yarpaqlarını, meyvələrini zədələyən bağacıq məhsuldarlığın azalmasına səbəb olur. Zaqatalada qəhvəyi mərmər bağacığının qarşısını almaq üçün hansı tədbirlər görülür?

“Cebheinfo.az”- ın sorğuuna cavab olaraq Kənd Təsərrüfarı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizə və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzindən bildirilib ki, qəhvəyi mərmər bağacığına qarşı mübarizə məqsədilə monitorinqlər həyata keçirilib: Aqrar Xidmətlər Agentliyini

“Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin mütəxəssisləri tərəfindən cari ilin əvvəlindən respublikanın müxtəlif bölgələrində karantin zərərverici olan qəhvəyi mərmər bağacığına qarşı mübarizə məqsədilə monitorinqlər həyata keçirilib, feremon tələlər quraşdırılıb və mübarizə tədbirləri həyata keçirilib. Qəhvəyi mərmər bağacığı son illər əsasən fındıq bağlarının ən təhlükəli karantin zərərvericilərindən hesab edilir.

Məhsudarlığa ciddi ziyan vura bilir. Polifaq bir zərərvericidir, onun qidalandığı təxminən 300-dən çox fərqli bitki vardır. Zərərverici inkişafı və yayılması üçün əlverişli şərait yarandıqda sürətlə çoxalaraq yayılır. Dişi fərdlər hər birində 25-30 ədəd olmaqla topa şəklində yarpağın alt səthinə yumurta qoyur. Bir dişi fərdi 300-ə qədər yumurta qoya bilir.

Qəhvəyi mərmər bağacığı həm yetkin, həm də sürfə mərhələsində qida bitkisinin meyvələri, cavan budaqları və yarpaqlarının şirəsini sormaqla qidalanır. Bunun nəticəsində də meyvələrdə müxtəlif zərərlər əmələ gəlir, məsələn dadı pisləşir, üst səthi kələ- kötür olur. Sitrus meyvələri, xurma və üzümdə meyvələr yetişmədən tökülür. Qərzəkli bitkilərdə, əsasən də fındıqda meyvələri sütül dövründə zədələyir və ləpə inkişafdan qalır”.

Bildirilib ki, hazırda qəhvəyi mərmər bağacığı qışlama yerlərinə transfer olunur:

“Aqrar Xidmərlər Agenliyinin texniki avadanlıqlarla( çiləmə aqreqatlarl) təmin olunmuş mütəxəssislərdən ibarət qrup Zaqatala və Balakən rayonlarına ezam olunub. Hazırda mübarizə və əhali arasında maarifləndirmə tədbirləri həyata keçirilir.

Eyni zamanda, əhali arasında videoçarxlar və digər maarifləndirici materiallar yayımlanmış, “Tap, öldür” kampaniyası çərçivəsində əhali özü də mübarizə tədbirlərində fəal iştirak etməlidir. Zərərvericiyə qarşı mübarizə tədbirlərinin effektivliyini təmin etmək məqsədilə il ərzində qışlama yerlərinin monitorinqi keçirilib. Tədbirlər davam etdirilir”.


MANŞET XƏBƏRLƏRİ