Ekspert xəbərdarlıq edir: Bu maşınlar dərhal cərimələnir


"Sepli nəqliyyat vasitələrindən istifadəyə yalnız ol halda icazə verilir ki, həmin o tırtırlı dəmirlərin arasında xüsusi bir rezindən hazırlanmış arakəsmələr olsun”.

Bu sözləri “Yeni Sabah”a açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Rövşən Həsənov deyib. O bildirib ki, asfalt örtüyünü zədələmək şərti ilə belə nəqliyyat vasitələrindən istifadəyə icazə verilə bilər:

“Sepli nəqliyyat vasitələrindən istifadəyə yalnız ol halda icazə verilir ki, həmin o tırtırlı dəmirlərin arasında xüsusi bir rezindən hazırlanmış arakəsmələr olsun. Yəni asfalt örtüyünü zədələmək şərti ilə belə nəqliyyat vasitələrindən istifadəyə icazə verilə bilir. İkinci variantda isə bu maşın yalnız evakuator yaxud digər nəqliyyat vasitəsinin üzərində hərəkət etməlidir. Üçüncü variantda isə həmin sepli nəqliyyat vasitəsi birmənalı olaraq yoldan kənarlaşdırılır və buna görə cərimə tətbiq olunur”.

Ekspert qeyd edib ki, bu maşın kənd təsərrüfatında və bənzər istiqamətlərdə istifadə edilirsə, eyni zamanda yol örtüyünü zədələmirsə, burada heç bir maneə və qadağa yoxdur:

“Əgər sepli nəqliyyat vasitəsi yol örtüyünə zərər vurmursa, yol ümumiyyətlə asfalt örtüklü deyilsə və intensiv nəqliyyat müşahidə olunmursa, burada heç bir məhdudiyyət tətbiq oluna bilməz. Yəni bu maşın kənd təsərrüfatında və bənzər istiqamətlərdə istifadə edilirsə, eyni zamanda yol örtüyünü zədələmirsə, burada heç bir maneə və qadağa yoxdur. Amma digər nəqliyyat vasitələrində sıxlıq müşahidə olunursa və asfalt qatına zərər vurursa, sepli maşın birmənalı olaraq yoldan kənarlaşdırır və qanunvericiliyə uyğun olaraq, cərimə tətbiq olunur”.

Sosial şəbəkələrdə dərc olunan video görüntülərdə sepli traktorun şəhərdə hərəkəti əks olunub. Bir çox isitfadəçilər bunun asfalt örtüyünü zədələdiyini bildirib.

Həmin görüntüləri təqdim edirik:


MANŞET XƏBƏRLƏRİ