"İnnovativ Proqress və Ekologiya" Sosial İqtisadi İnkişafa Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025-ci il üzrə qrant müsabiqəsinin qalibi olaraq “Məişət zorakılığı əleyhinə uğurlu təcrübələrin təşviqi” adlı layihənin icrasına başlayıb.
Turkustan.az vəbər verir ki, layihənin əsas məqsədi qadına və uşaqlara qarşı zorakılıq hallarının qarşısının alınması üçün cəmiyyətdə maarifləndirmə işləri aparmaqla töhfə verməkdir.
Layihə çərçivəsində Bakı şəhərinin Yasamal, Qaradağ və Xəzər rayonlarında, Sumqayıt və Xırdalan şəhərlərində hər tədbirdə 30 nəfər olmaqla 150 nəfərin iştirakı ilə qadın və uşaq hüquqlarının qorunması istiqamətində qüvvədə olan qanunvercilikdən, həyata keçirilən dövlət siyasətindən, bu sahəyə məsul olan dövlət qurumlarının fəaliyyətindən, mövcud problemlərdən və onlardan çıxış yollarından bəhs edən maarifləndirici görüşlər keçriləcək.
Layihənin icra müddəti 01 iyun 2025 – 31 avqust 2025-ci il tarixlərini əhatə edir.