Bütün türk dünyası və dünya ziyalıları üçün mühüm ŞƏXSİYYƏT


Əskişəhər Azərbaycanlıları Dərnəyi (ESAZDER) aprelin 30-da mühüm mədəni və elmi söhbətə ev sahibliyi edib.

Turkustan.az xəbər verir ki, Şərqdə ilk Cumhuriyyət olan Azərbaycan Demokratik Respublikasının qurucusu, çağdaş Azərbaycan düşüncəsinin öncülərindən olan Məmməd Əmin Rəsulzadənin ziyalı irsini yad etmək məqsədilə təşkil edilən proqram “Rəsulzadə Dünya Ziyalısı” adlanır.

Konfransda məruzəçi kimi iştirak edən Azərbaycan Milli Aviasiya Akademiyasının müəllimi tarix elmləri üzrə fəlsəfə doktoru Elçin Süleymanov Rəsulzadənin siyasi və intellektual həyatını, beynəlxalq müstəvidə qoyduğu izləri, müasir Azərbaycan kimliyinin formalaşmasında rolunu ətraflı izah edib. O qeyd edib ki, Rəsulzadə təkcə Azərbaycan xalqı üçün deyil, bütün türk dünyası və dünya ziyalıları üçün mühüm şəxsiyyət olub. Elçin müəllim bildirib ki, onun istər Azərbaycanda, istərsə Azərbaycandan kənarda görmüş olduğu işlər Azərbaycanın tanıdılmasında və millət olaraq təkrardan müstəqilliyin bərpasında əsas yol göstərici amillərdən olub.

Konfransın sonunda məruzəçi izləyicələrin suallarını cavablayıb.

Çıxışın sonunda ESAZDER sədri əczacı Cavid Aydın, tarix elmləri üzrə fəlsəfə doktoru Elçin Süleymanova təşəkkürnamə və hədiyyə təqdim etdi, töhfələrinə görə təşəkkürünü ifadə edib.

Çıxış proqramı iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və xatirə şəkli çəkdirilməsi ilə yekunlaşıb.


MANŞET XƏBƏRLƏRİ