Zelenski: Bazar günü Floridada Trampla görüşümüz olacaq


Ukrayna Prezidenti Volodımır Zelenski ABŞ-ın təklif etdiyi sülh planı üzərində işlərin davam etdiyini bildirib və qeyd edib: “İnanıram ki, bazar günü Floridada Prezident Donald Trampla görüşümüz olacaq”.

Turkustan.az xəbər verir ki, Zelenski Kiyevdə jurnalistlərin Rusiya–Ukrayna müharibəsi ilə bağlı suallarını cavablandırıb.

Ukrayna prezidenti ötən ay ABŞ tərəfindən təklif edilən və müharibəyə son qoymaq məqsədilə Avropa müttəfiqləri ilə birlikdə yenidən işlənən sülh planına toxunaraq, sənədin təxminən 90 faizinin hazır olduğunu deyib.

Plan üzərində işlərin davam etdiyini vurğulayan Zelenski bildirib: “Məqsədimiz hər şeyin 100 faiz hazır olmasını təmin etməkdir”.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ