“Smart" kartlara da borc yazılır?


Vətəndaşların narahatlığına səbəb olan problemlərdən biri də sayğaclarla bağldır.

“Smart-kart” tipli sayğaclarla bağlı yaranan nasazlığın olması abonentlərin çətinliklərlə üzləşməsinə səbəb olur.

Redaksiyamıza daxil olan vətəndaş müraciətində isə bildirilir ki, “Smart-kart” tipli sayğacdan istifadə zamanı bəzi problemlə qarşılaşıb.

Belə ki, həmin sayğacın kartına yükədiyi məbləği sayğaca köçürdükdə orada müəyyən məbləğdə “borcunuz var” yazılıb. Abonent isə heç bir borcunun olmadığını deyir.

Bu da bir faktdır ki, sayğaca yüklənən məbləğ bitdikdən sonra vətəndaşın istehlak etdiyi qaz və yaxud həmin an dayandırılır. O zaman sayğacda borc necə yarana bilər?

Məsələ ilə bağlı iqtisadçı-ekspert Akif Nəsirli “Cebheinfo.az”-a bildirib ki, “Smart-kart” tipli sayğaclar elə quraşdırılıb ki, yüklənən məbləğin 20-30 faizi borca çıxılır:

“Qalan məbləğ isə istifadə olunur. Yəni “Smart-kart” tipli sayğaclarda avtomatik olaraq problemin həlli var. “Smart-kart” tipli sayğacın bir üstünlüyü də ondan ibarətdir ki, vətəndaş heç bir yerə getmədən bütün məsələlərini özü həll edir.

“Smart”- “ağıllı” sayğac deməkdir. Bu sayğac da, məsələn, vətəndaşın 5 manat borcu varsa, 1 dəfə 5 manat yüklədikdə həmin məbləğin hamısını çıxmır. Sadəcə olaraq 5 manatın 30 faizini borcundan çıxır. Qalanını kuba çevirir, qaz sərfiyyatı kimi balansa yerləşdirir.

Əgər sayğacda “borc” göstərirsə, çox güman ki, sayğacda nasazlıq var. Ona görə də sayğac bu funksiyanı yerinə yetirmir. Əgər real borc varsa, müvafiq qaz idarəsinin işçiləri sayğaca yaxınlaşmalıdır, o borcu sayğaca yükləməlidir ki, orada borc yaransın.

“Smart-kart” tpli sayğacın özünün borc yığması mümkün deyil. Yüklənən məbləğ bitdikdə qaz, işıq verilişini dayandırır. Əgər sayğacda borcla bağlı belə bir problem yaranırsa, qaz idarəsinin işçiləri problemi aradan qaldırmalıdırlar”.


MANŞET XƏBƏRLƏRİ