Nazir Rus Evi ilə bağlı iddialara son qoydu


Xarici işlər naziri Ceyhun Bayramov Bakıdakı Rus Evinin bərpa edilib-edilməməsinə münasibət bildirib.

Turkustan.az xəbər verir ki, bu barədə nazir ilin yekunlarına dair mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.

Onun sözlərinə görə, Azərbaycanda Rus Evi heç bir qeydiyyatı olmadan fəaliyyət göstərib, bununla bağlı müəyyən vaxtlarda təsistata xəbərdarlıq edilib:

"Lakin digər pozuntular da davam edirdi. Ona görə də Rus Evinin bağlanmasına qərar verildi və icra edildi. Bu və digər təsisatlar ölkənin qanunvericiliyinə uyğun fəaliyyət göstərməlidir. Heç bir formada birtərəfli qaydada belə təsisatların fəaliyyəti qəbul edilmir. Rus Evi ilə bağlı ən son təmaslar bir neçə həftə öncə olub. Bir sıra yarımçıq ləğvetmə prosesləri var idi. Rusiya tərəfi bununla bağlı ləğvedicilər təyin etmişdi. Məndə olan məlumata görə, yarımçıq və həlli olunmayan məsələ qalmayıb və ləğvolunma məsələsi başa çatıb". /axar.az/


MANŞET XƏBƏRLƏRİ