İran: Peyklərimiz dinc məqsədlərə xidmət edir


İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, onların kosmosa buraxdığı peyklər "dinc məqsədlərə xidmət edir".

Turkustan.az xəbər verir ki, Erakçi bu açıqlamanı Yaşıl Texnologiyalar Sərgisində iştirak etdiyi İsfahanda İran Dövlət Televiziyasına verib.
Əraqçi İranın əhəmiyyətli elmi uğurlar qazandığını bildirərək dedi: "Ölkəmiz nüvə texnologiyası, müdafiə sənayesi, nanotexnologiya və peyk texnologiyası sahəsində xeyli irəliləyiş əldə edib. Qeyd etdiyim digər peyklər kimi, bizim də peyklərimiz dinc məqsədlərə xidmət edir".

Arakçi bildirib ki, İran, digər ölkələr kimi, texnologiya sahəsində irəliləmək və inkişaf etmək hüququna malikdir və İran peyklərindən elmi missiyalar üçün istifadə olunur.

İran dekabrın 28-də Rusiyanın Vostoçnı kosmodromundan Soyuz raketi vasitəsilə Paya, Kevser-2 və Zafer-3 peyklərini kosmosa göndərəcək.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ